21000
Visitors
200
Exhibitors
130
Speakers
TƏDBİRLƏR

Xəzər İnşaat Həftəsİ

31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi

6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi

5-ci Yubiley Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi

14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

Azərbaycan Beynəlxalq İdman, Fitnes, Sağlamlıq və Aktiv Həyat Tərzi Sərgisi
RƏYLƏR
XƏBƏRLƏR
ŞİRKƏT HAQQINDA
“Iteca Caspian” şirkəti Azərbaycanın və Xəzər regionunun aparıcı beynəlxalq ticarət sərgiləri və konfranslarının təşkilatçısıdır. 2000-ci ildə təsis edilən şirkət, hər il 20-dən çox ixtisaslaşmış sərgi keçirərək, ölkənin işgüzar həyatının ayrılmaz hissəsinə çevrilib. Şirkətin portfeli tikinti, enerji və digər əsas iqtisadi sahələri əhatə edən geniş sənaye sektorlarını özündə birləşdirir. “Bakı Enerji Həftəsi”, “Xəzər İnşaat Həftəsi” kimi böyük tədbirlər dünya üzrə minlərlə iştirakçı və ziyarətçini cəlb edir.
“Iteca Caspian” şirkəti, həmçinin “BakuBuild”, “Caspian Oil and Gas”, “Caspian Power”, “Baku Energy Forum” və bir çox digər milli sərgi brendlərinin yaradıcısıdır. Bu tədbirlər Azərbaycandan kənarda da geniş şəkildə tanınmaqla ölkəni perspektivli işgüzar məkan kimi təqdim edir.
“Iteca Caspian” tərəfindən təşkil edilən sərgilər dövlət səviyyəsində yüksək diqqətə layiq görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən mühüm tədbirləri ziyarət edir, bu da sərgilərin milli iqtisadiyyatın inkişafı yönündə strateji əhəmiyyətini vurğulayır. Ticarət sərgiləri müvafiq dövlət qurumları tərəfindən fəal şəkildə dəstəklənir, bu isə onların uğurla keçirilməsinə və beynəlxalq əməkdaşlığın daha da inkişaf etməsinə şərait yaradır.
Şirkət yüksək təşkilatçılıq və peşəkarlıq standartlarına riayət edir, bu da öz növbəsində “UFI” (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) və “ICCA” (Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası) kimi beynəlxalq təşkilatların dəstəyi ilə təsdiqlənir. “Iteca Caspian” şirkəti, həmçinin Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) üzvüdür.






